AZ

Bundesliqa klubunun azarkeşləri polis zabitini yaraladılar Bəyanat

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Maynts”ın son turda Frankfurtda yerli “Ayntraxt”a 0:1 hesabı ilə məğlub olduğu matç ərəfəsində xoşagəlməz hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, qonaq komandanın azarkeşləri onları səfər matçına aparan polisə hücum ediblər. 

“Associated Press”-in məlumatına görə, nəticədə polis zabiti ciddi xəsarət alıb. Klub artıq bu hərəkətləri pisləyən bəyanat yayıb.

"Bir qrup "Maynts" azarkeşi onları müşayiət etmək üçün təyin edilmiş polis əməkdaşına hücum edərək yaralayıblar. Hadisəni törədənlər daha sonra polis tərəfindən yaxalanıb. "Mayns" bu hadisədən şoka düşüb və hadisələri ən sərt şəkildə pisləyir.

Klub yarlanmış zabitin tezliklə sağalmasını arzulayır və öz növbəsində əmin edir ki, bu işdə iştirak edənlərə qarşı bütün mümkün intizam tədbirlərini görəcək”.

Polis insidentdə şübhəli bildiyi 8 nəfərin həbs edildiyini bildirib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
fanat.az

1Mənbələr