AZ

Oğlundan əməkdar artistin səhhəti ilə bağlı açıqlama

Atamın müalicəsi davam edir, beyninin oyanmasına çalışırlar. Həkimlər sepsis diaqnozu qoyublar, konkret söz deyə bilmirlər. Vəziyyəti nə yaxşıya doğru gedir, nə də pisə, stabildir.

KONKRET.az kultaz-a istinadən xəbər verir ki, bunu Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov Oxu.az-a açıqlamasında deyib.

“Həkimlər zamanla biləcəklər ki, atamın beyni oyanacaq, ya yox. Qismən süni tənəffüs aparatına qoşulub. İnfeksiya ilə bağlı müalicəsi davam edir. Gözünü hərdən açır, sonra yumur”, – Muradov bildirib.

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.

Seçilən
19
11
konkret.az

10Mənbələr