AZ

Qərbi Azərbaycandan olan insanlar doğma torpaqlarına qayıtmaq ümidini itirmirlər

ain.az bildirir, Azertag portalına istinadən.

İğdır, 11 noyabr, AZƏRTAC

Osmanlı İmperiyasının son illərində Şərqi Anadoluya köçməyə məcbur olan Qərbi azərbaycanlıların varisləri erməni quldur dəstələrinin qanlı qisas təhlükəsi altında tərk edilmiş evlərinin xatirəsini qoruyub saxlayıblar.

İndiki Ermənistan ərazisində yaşamış çoxunun ailələrində hələ də Qərbi Azərbaycan kəndlərindən qaçqınların fotoşəkilləri və sənədləri, eləcə də sürgün edilmiş azərbaycanlılara Türkiyə hakimiyyəti tərəfindən doğulduqları yerin “İrəvan” kimi qeyd olunduğu şəhadətnamələr saxlanılır.

AZƏRTAC-ın müxbiri Türkiyənin Ermənistanla həmsərhəd olan şərq əyalətlərinə səfər edib. Qərbi Azərbaycandan olan ailələrin evlərində doğma yurdlarını ziyarət etmək ümidinin sönmədiyinin şahidi olub.

“Ürəyimiz İrəvanda qalıb” kitabının müəllifi Serdar Ünsal nənə və babasının əslən İrəvandan olduğunu bildirib.

Onun sözlərinə görə, babasının ailəsi İrəvanın yaxınlığındakı Hacı Bayramlı kəndində, nənəsi isə şəhərin özündə, Göy məscidin yaxınlığındakı Təpəbaşı məhəlləsində yaşayıb.

“1920-ci ildə Şərqi Anadoluda, o cümlədən İğdırda baş verən qırğınlardan sonra daşnak ermənilər türk ordusunun qarşısında İrəvan bölgəsinə qaçaraq orada yerli türk əhaliyə qarşı qisas əməliyyatları həyata keçiriblər. Zülmə və təhqirlərə dözməyən nənəm, həyat yoldaşı və kiçik qızları da qaçmağa məcbur olublar. Yolda nənəmin atası və həyat yoldaşı ermənilər tərəfindən öldürülüb və qadın qızı ilə Araz çayından keçərək İrandakı bir kənddə sığınacaq tapıb. İllər sonra o, Qərbi Azərbaycandan qovulan digər qohumlarının yaşadığı Türkiyənin İğdır şəhərinə köçüb”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Qərbi Azərbaycandan olanlar ömürlərinin qalan hissəsini doğma torpaqlarının həsrəti ilə keçiriblər.

“Ermənilərin törətdikləri soyqırımından sağ çıxan azərbaycanlıların nəsli olaraq, nənəmin sözləri ilə adlandırdığım “Ürəyim İrəvanda qalıb” kitabımda minlərlə həmvətənimizin üzləşdiyi bütün çətinlikləri təsvir etməyə çalışdım”, - deyən müəllif vurğulayıb ki, Qərbi Azərbaycandan olan qaçqınların ən böyük arzusu öz əcdadlarının torpaqlarına qayıtmaqdır.

İğdır Universitetinin müəllimi, “Arazın o tayı” (Aras’ın Öte Yanı) sənədli filminin rejissoru Ali Parimin sözlərinə görə, filmin ideyasının əsasını ictimaiyyəti Arazın böldüyü Türkiyə-Ermənistan sərhədində yerləşən Halıqışlak (Qars) və Hacı Bayram (Qərbi Azərbaycan) kəndlərinin sakinlərinin faciəli taleyi barədə məlumatlandırmaq istəyi təşkil edir.

O qeyd edib ki, Halıqışlaq kəndi Araz və Arpaçay çaylarının qovuşduğu məkanda yerləşir, onun qarşısında isə ermənilər tərəfindən “Baqaran” adlandırılan Hacı Bayram kəndidir. .

“Sakinlərin ilk böyük hissəsi Hacı Bayramı 1915-1920-ci illərdə, yerli əhali arasında qaça-qaç və ya “qaçma” kimi tanınan dövrdə tərk ediblər, çünki bu dövrdə erməni daşnakları bölgədə hökm sürürdü”, - deyə sənədli filmin rejissoru bəhs edərək, əlavə edib ki, bu gün Qarsın bu sərhəd bölgəsindəki bir çox kəndlərin əhalisini bir vaxtlar kəndi tərk etmiş azərbaycanlıların nəsilləri təşkil edir.

Onun sözlərinə görə, daha bir qrup azərbaycanlı Hacı Bayramı Stalin dövründə tərk edib. “Sovet hakimiyyəti Türkiyə sərhədi yaxınlığında azərbaycanlıların kütləvi şəkildə məskunlaşmasından qorxurdu, onların Ankaranın təsiri altına düşəcəklərini düşünürdü. Buna görə də müxtəlif bəhanələrlə insanları Azərbaycan da daxil olmaqla, digər ərazilərə köçürürdülər”, - deyə A.Parim ermənilərin Hacı Bayramdakı Azərbaycan evlərinə köçdüyünün şahidi olan Türkiyənin Halıqışlaq sakinlərinə istinadən vurğulayıb. O, həmçinin bildirib: “İnsanlar Araz çayının o tayında əkdikləri ağacların ermənilər tərəfindən kəsildiyini görəndə ağlayırdılar”.

Filmin rejissoru deyib ki, qalan digər azərbaycanlılar SSRİ-nin dağılmasından sonra Hacı Bayramı tərk ediblər.

O, həmçinin regionun tarixi reallıqlarının təbliğinin vacibliyini vurğulayaraq diqqətə çatdırıb: “İctimaiyyət azərbaycanlıların acı taleyi barədə məlumatlı olmalıdır. Araz çayının iki sahili arasında tarixi əlaqələrin kəsilməsinə yol verməmək vacibdir”.

Əslən Qərbi azərbaycanlı və 22 il İğdırdakı təhsil müəssisələrinin birində tarix dərsi deyən Erdal Sezgi insanların əcdadlarının torpaqlarını ziyarət etmək ümidini itirmədiklərini bildirib: “Ermənistanla sərhədin açıldığı təqdirdə, ilk olaraq babamın kəndinə gedəcəyəm. Əcdadlarımın evlərinin və qəbiristanlığın hələ də qalıb-qalmadığını bilmirəm. Əminəm ki, bu bölgənin bir çox sakini də belə edəcək”.

İğdırın digər sakini, təqaüddə olan vəkil Cafer Zorun sözlərinə görə, onun babaları əsrlər boyu Qərbi Azərbaycanın İydalı kəndində yaşayıblar. Lakin 1917-ci ildə babası evini tərk etmək məcburiyyətində qalıb və əvvəlcə İranın Xoy şəhərinə, daha sonra isə Türkiyənin İğdır şəhərinə köçüb.

O, yolda keçmiş qonşusu - erməni evində dayanmaq qərarına gələn atasının hekayəsini danışıb, lakin qonşu dərhal azərbaycanlıları daşnaklara təslim edib: “Babamı güllələməyə apardılar, amma onun bəxti gətirdi ki, yaxınlıqda rus ordusu yerləşmişdi. Babam rus əsgərlərinə tərəf qaçıb və ermənilər onları arxadan vurmaqdan qorxublar”.

Keçmiş vəkil, həmçinin bildirib ki, ailəsi illərdir müasir Ermənistan ərazisindən qaçan onlarla azərbaycanlının sənədlərini qoruyub saxlayıb.

C.Zor Qərbi Azərbaycan məsələsində tarixi ədalətin zəfər çalacağına ümid etdiyini vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsindən sonra ümidlərimiz daha da güclənib”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
azertag.az

1Mənbələr