AZ

Xadimənin çirkli ayna zənn edib sildiyi toz sənət əsəri imiş - FOTO

Tayvanda xadimə qadın tarixi əsəri təmizləmək istəyərkən məhv edib.

Ölkə.Az “The Sun”a istinadla xəbər verir ki, Taypey şəhəri yaxınlığındakı “Keelung” İncəsənət Muzeyində xadimə işləyən şəxs "Tərs Sintaksis-16" əsərini təmizləyib.

O, "çirkli güzgü" ilə səhv salaraq 40 illik tozu tualet kağızı ilə silib.

40 il əvvəl rəssam Çen Sung-çi tərəfindən yaradılan əsər güzgünün mərkəzindəki ləkə ilə "orta təbəqənin təhrif olunmuş özünüdərkini və mədəni şüurunu" simvolizə edirdi.

Muzey rəsmiləri əsərin tikinti materialları və məişət əşyalarının nümayiş olunduğu "Biz Mənik" adlı geniş sərginin bir hissəsi olduğunu bildirib.

“Keelung” Mədəniyyət və Turizm Bürosu rəssamdan rəsmi üzr istədiyini elan edib, eyni zamanda dəymiş ziyana görə kompensasiya ödənilməli olduğunu bildirib. 

Bəzi tənqidçilər hadisənin əsərə yeni bir məna qazandırdığını iddia edib.

"Bu qəza sənətin bir hissəsinə çevrilib və olduğu kimi qorunmalıdır",- deyə tənqidçilər əlavə edib.

Billurə

Seçilən
37
olke.az

1Mənbələr