AZ

Qaxda yol qəzasında iki nəfər xəsarət alıb

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun Qaxın Suskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Həybullah qızı Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Rasim qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
7
apa.az

10Mənbələr