AZ

İspaniya Kralı VI Filip 18 ildən sonra ilk dəfə Çinə səfər edir

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,səfər zamanı kralı İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez, iqtisadiyyat naziri Karlos Kuerpo və bir qrup ispan iş adamı müşayiət edir. VI Felipe bu gün Çinin Çendu şəhərində keçiriləcək birgə biznes forumunda iştirak edəcək, daha sonra isə Pekində Çin prezidenti Si Cinpin ilə şəxsi şam yeməyində görüşəcək. Səfərin ikinci günündə kral həm Si Cinpin, həm də Çin Dövlət Şurasının baş naziri Li Qianq ilə rəsmi danışıqlar aparacaq. Rəsmi mənbələrə görə, kralın səfəri Madridin Çinlə iqtisadi və ticarət əlaqələrini gücləndirməyə yönəlmiş strategiyasının bir hissəsidir. Qeyd edilir ki, İspaniya Baş naziri Pedro Sançez son üç il ərzində Çinə üç dəfə səfər edib. Xatırladaq ki, Çin prezidenti Si Cinpin 2018-ci ilin noyabrında İspaniyaya dövlət səfəri etmişdi.

 

Seçilən
26
Ajans.az

1Mənbələr