AZ

“Dəyirmi masa” layihəsi tarzən Məmmədxan Bakıxanov 135 və tarzən-pedaqoq Kamil Əhmədovun 105 illik xatirəsinə həsr edilib - FOTO

Beynəlxalq Muğam Mərkəzi "Dəyirmi masa" layihəsini tarzən, Əməkdar artist Məmmədxan Bakıxanov 135 və tarzən-pedaqoq Kamil Əhmədovun 105 illik xatirəsinə həsr edib.

Tədbiri layihənin koordinatoru Validə Kazımova açıq elan edərək qonaqları BMM rəhbərliyi adından salamlayıb. BMM-nin elmi nəzəri layihələrinin əhəmiyyətindən söz açıb. "Dəyirmi masa"nın iştirakçıları Xalq artistləri Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimləri Arif Əsədullayev, Çingiz Abbasov və tarzən, tədqiqatçı Mehman Mikayılov çıxışlarında hər iki tarzəni dərin ehtiramla yad edərək sənətkarların yaradıcılığı haqqında düşüncələrini bölüşdülər.Bildirilib ki, Azərbaycanın böyük nəsillərindən biri olan Bakıxanovların Azərbaycan tarixi, dövlətçiliyi, hərb işi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, tibb və s. sahələrdə böyük xidmətləri olmuşdur. Nəslin nümayəndələrindən biri olan Məmmədxan Bakıxanov da görkəmli musiqiçi olub. Şərq konservatoriyasında təhsil almış, Şirin Axundov və Məşədi Həsənin sinfində sənətini təkmilləşdirmişdir. Məmmədxan Bakıxanov gənc kadrların yetişdirilməsinə, milli musiqi mədəniyyətinin inkişafına böyük əmək sərf etmişdir. M.Bakıxanov 1941-ci ildən ömrünün sonuna kimi filarmoniyanın solisti olmuşdur. Klassik muğam ifaçılığı texnikasına dərindən bələd olan mahir tarzən həm solo ifaçı, həm də müşayiətçi kimi tanınmışdı. O, musiqi məclislərində və konsertlərdə Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Zülfi Adıgözəlov kimi ustad xanəndələri müşayiət etmişdir. Çıxışlarda tarzən, Əməkdar mədəniyyət işçisi Kamil Əhmədovun bir pedaqoq kimi fəaliyyəti, yetişdirdiyi tələbələrin bu gün tanınmış tarzənlər kimi tar ifaçılığı sənətimizi layiqincə təbliğ etdikləri vurğulanıb. Diqqətə çatdırılıb ki, Kamil Əhmədov dövrünün məşhur tarzənləri Mirzə Mansur və Əhməd Bakıxanovdan dərs alıb.1946-cı ildən Asəf Zeynallı adına Musiqi Texnikumuna (hazırda AMK nəzdində Musiqi Kolleci) muğamat və xalq mahnıları sinfinə müəllim təyin olunur və Seyid Şuşinski ilə birgə çalışmağa başlayır. Onlar birlikdə 20 ildən çox fəaliyyət göstərirlər. S.Şuşinski vəfat etdikdən sonra Kamil Əhmədov 1996-cı ilə qədər burada pedaqoji fəaliyyətini davam etdirir. K.Əhmədov zəngin pedaqoji fəaliyyəti ərzində çox sayda tələbə yetişdirib. Onlar sırasında Xalq artisti Ağasəlim Abdullayev, Xalq artisti Adil Bağırov, Əməkdar İncəsənət xadimi Məmmədağa Kərimov, Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli, Xalq artisti Elçin Həşimov və bir çox tanınmış tarzən var.O, 1965-cı ildə tərtib etdiyi "Muğamların tədrisi proqramı"-da ritmik muğamları iki hissəyə bölür, həmçinin muğamı yaddan çıxmış şöbələri ilə birlikdə dəstgah şəklində lentə alır.Kamil Əhmədovun ifaları "Qızıl fond"-da qorunub saxlanılır. Kamil Əhmədov musiqi alətləri düzəltməklə, eyni zamanda qədim sənət növlərindən biri olan sədəfvurma ilə məşğul idi. Sənətkar Azərbaycan televiziyasında "Xalq musiqi xəzinəsi"ndən rubrikalı silsilə verlişlərdə daimi məsləhətçi kimi iştirak edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
13
milli.az

10Mənbələr