AZ

İranda qurumuş su anbarından 74 cəsəd tapıldı Meyitlər xalçaya bükülü halda atılıb

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Əlborz əyalətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.Bizim.Media xəbər verir ki, bu barədə “Azd İran” teleqram kanalı məlumat yayıb.Məlumata görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan və xalçaya bükülmüş halda bəndə atıldığı müəyyən edilib.Hazırda məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.Məlumat yayımlandıqdan bir neçə saat sonra xəbər yerli mətbuat orqanlarından silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə Nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarca şəxs itkin düşüb, dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
10
bizim.media

10Mənbələr