AZ

Tallində İsrail səfirliyi açılıb

Tallində İsrail səfirliyi açılıb

Estoniya xarici işlər naziri Margus Tsahkna və İsrailin xarici siyasət məsələləri üzrə rəhbəri Gideon Saar Tallində İsrail səfirliyinin açılış mərasiminə qatılıblar.

AFN.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Tsahknanın sözlərinə görə, İsrailin diplomatik nümayəndəliyinin açılması iki ölkə arasındakı əlaqələri yeni səviyyəyə çıxarır. Nazir bildirib ki, bu addım əməkdaşlığı dərinləşdirəcək və qarşılıqlı anlaşmanı mövcud çətinliklər və imkanlar baxımından gücləndirəcək.

Mərasimdən əvvəl Maakri küçəsində səfirliyin binası önündə Fələstin xalqına dəstək bildirən etirazçılar toplaşıblar.

Seçilən
44
afn.az

1Mənbələr