AZ

İranda bənd qurudu: 70-dən çox cəsəd üzə çıxdı

İranın Əlborz əyalətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan, xalça və ya kovrolitə bükülmüş halda bəndə atıldığı müəyyən edilib.

Məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.

Məlumat yayımlandıqdan bir neçə saat sonra xəbər İran resurslarından silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.

Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarla şəxs itkin düşüb. Dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.

"Cebheinfo.az"

Seçilən
26
9
cebheinfo.az

10Mənbələr