AZ

Qəzaya uğrayan təyyarə Azərbaycandan gedirmiş - YENİLƏNİB (VİDEO)

Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb.

***

 

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi təyyarə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.

 

Seçilən
19
8
modern.az

10Mənbələr