AZ

Ermənistanlı nazir: Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Azərbaycandan tranzitlə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi ilk dadmaq istədiyini bildirib.

Far.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Bu buğdadan bişirilən çörəyi birinci dadmağa hazıram", - Papoyan qeyd edib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstandan yola çıxan və təxminən 1 000 ton dördüncü sinif buğda daşıyan qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu tədarük Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub.

Seçilən
38
far.az

1Mənbələr