Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qaxın Suskənd kəndi ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər - 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.