AZ

Kreml Azərbaycanla bağlı siyasi qərar verdi - "səbəb NATO ilə yaxınlıq etməkdir"...


Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub Dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb.

Rusiya Dəmir Yolları bildirib ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək təxminən 13 gün ərzində təyinat yerinə çatıb. Qatar İrana getmək üçün Rusiya, Qazaxıstan və Türkmənistandan keçib. Aprin şəhəri istiqamətində qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir.

Mütəxəssislər növbəti üç ildə marşrut boyunca illik yük daşımalarının 15-20% artacağını və ixracatçıların nəqliyyat xərclərinin 10-15% azalacağını proqnozlaşdırırlar.

Qeyd edilir ki, daşınan malların çeşidinin genişləndirilməsi tez xarab olan və yüksək texnologiyalı yüklərin daxil edilməsinə imkan verəcək.

Aprin limanına daşınan yüklər daha sonra ya Çinə, ya da cənuba, İranın Bəndər Abbas limanına, oradan isə Hindistana göndərilir.

Beləliklə, quru-dəniz marşrutunun tam logistika dövrü Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə Rusiya-Hindistan dəhlizi üzərindən həyata keçirilir.

Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya buraya investisiya qoyurdu.

Rusiya bunu Bakının NATO da daxil olmaqla Qərb strukturlarına yönəlməsi ilə izah edir.Bildirilir ki, Rusiya məhz buna görə, Azərbaycandan imtina edərək Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə yük daşımalarına başlayıb.

Tahir TAĞIYEV

Seçilən
29
baki-xeber.com

1Mənbələr