AZ

Corcina Ronaldonun yatmazdan əvvəl nə etdiyini göstərdi - FOTO

Əfsanəvi futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes sosial şəbəkədə yatmazdan əvvəlki gözəllik rutinini izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, Corcina paylaşımında həm özünün, həm də portuqaliyalı ulduzun üz maskası taxdığı fotonu paylaşıb. O, şəkilə "Gecəniz xeyrə qalsın" başlığını əlavə edib.

Xatırladaq ki, Ronaldo və Corcina 9 ildir münasibətdədir. Futbolçu ötən yay sevgilisinə bahalı almaz üzük təqdim edərək evlilik təklifi etmişdi.

Cütlük hazırda beş övlad böyüdür. Onlardan ikisi Corcinadan, digərləri isə surroqat ana vasitəsilə dünyaya gəlib.

Kriştiano Ronaldo ailəsi ilə birlikdə hazırda Səudiyyə Ərəbistanında yaşayır və "Əl-Nəsr" klubunun şərəfini qoruyur. Ulduz futbolçu ötən mövsümün sonunda klubla müqaviləsini daha iki il müddətinə uzadıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
46
milli.az

1Mənbələr