Artıq Qazaxıstanı “su yolu”n döndərmiş Rusiya Prezidenti Vladimir Putinin bu ölkədə “krallara layiq” qarşılaşanağı ilə bağlı söhbətlər gəzir.
NOCOMMET.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Rossiyskaya qazeta” qəzetindəki məqaləsində Rusiya liderinin ölkəsində “qlobal dövlət xadimi kimi hörmətlə qarşılanacaq” yazdığı da məlumdur.
Qazaxıstanın lideri onu da vurğulayıb ki, Putin ölkəmizdə sarsılmaz hörmətə malikdir:
”İkitərəfli əməkdaşlıqdakı bütün nailiyyətlər Prezident Vladimir Vladimiroviç Putinin bu sahədəki enerjili və məhsuldar işi ilə ayrılmaz şəkildə bağlıdır. Qazaxıstanda o, qlobal dövlət xadimi kimi sarsılmaz hörmətə malikdir və onun adı demək olar ki, hər bir ölkədə siyasətçilərin və adi insanların dilindədir”, – Tokayev bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri noyabrın 27-nə planlaşdırılıb.
Bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşdə respublikanın baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu deyib.
“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir”.
Öz növbəsində, Lavrov qeyd edib ki, tərəflər Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.
Bundan əvvəl Putin 2023-cü ilin noyabrında Qazaxıstana rəsmi səfər edib, bu ilin iyulunda isə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.
Əntiqə Rəşid