Gürcüstanda qəzaya uğrayan Türkiyənin "C-130" hərbi təyyarəsi heç bir fəlakət siqnalı vermədən radarlardan itib.
Bu məlumatı Gürcüstan Hava-Naviqasiya Xidməti ("Sakaeronaviqasiya") bildirib.
"Türkiyənin "C-130" təyyarəsi Gürcüstan ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra fəlakət siqnalı ötürmədən radarlardan itib, bundan sonra "Sakaeronaviqasiya" axtarış-xilasetmə əməliyyatlarına başlayıb", - bəyanatda deyilir./Oxu.az
Tarix: 11 Noyabr 2025, 17:28