AZ

Türkiyə və Gürcüstan nazirləri təyyarə qəzası ilə bağlı telefon danışığı aparıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela Geladze ilə təyyarə qəzası ilə bağlı telefon danışığı aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ali Yerlikaya “X” hesabında yazıb.

O, Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladığını bildirib.

Nazir axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Seçilən
50
8
apa.az

10Mənbələr