AZ

400 yaşlı əsər 20 milyona satılır Ovuc boydadır

ain.az bildirir, Bakupost portalına istinadən.

Dünyaca məşhur hollandiyalı rəssam Rembrandtın nadir əsərlərindən biri – “Gənc aslan istirahətdə” (“Young Lion Resting”) adlı eskizi hərraca çıxarılır. Əsərin 20 milyon dollara alıcı tapacağı gözlənilir.

Bakupost.az xəbər verir ki, 1638–1642-ci illər arasında yaradılan bu kiçik ölçülü (11,5 x 15 sm) rəsm, Rembrandtın xüsusi mülkiyyətdə qalan yeganə heyvan təsviri hesab olunur. Əsər hazırda kolleksiyaçı Tomas Kaplana məxsusdur. Kaplan bu nadir işi satışa çıxararaq özünün təsis etdiyi “Panthera” fonduna – vəhşi pişiklərin qorunması üzrə beynəlxalq təşkilata – vəsait toplamağı planlaşdırır.Mütəxəssislər bildirirlər ki, bu eskiz Rembrandtın işıq və hərəkətlə eksperimentlər apardığı, yaradıcılığının ən enerjili dövrünü əks etdirir.Satışdan əldə olunacaq gəlirin aslan, leopard və pələng kimi nəsli tükənməkdə olan növlərin qorunmasına yönəldilməsi nəzərdə tutulur. Kaplanın sözlərinə görə, bu satış “bir aslanın simvolik olaraq çox sayda digər şirləri xilas etməsinə imkan verəcək”.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
www.bakupost.az

2Mənbələr