ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin peyvənd üçün şprislər və körpə şüşələri də daxil olmaqla bir sıra həyati əhəmiyyətli ləvazimatların Qəzzaya girişini məhdudlaşdırdığını bildirib.
Bizimyol.info xəbər verir ki, "UNICEF" vurğulayıb ki, kövrək atəşkəs şəraitində həyata keçirilən kütləvi peyvənd kampaniyası zamanı humanitar missiyalar Qəzzaya peyvənd saxlamaq üçün 1,6 milyon şpris və günəş enerjisi ilə işləyən soyuducu çatdıra bilmir. Təşkilatın məlumatına görə, bu göndərişlər avqust ayından bəri İsrail gömrükxanasında ilişib qalıb.
Fondun nümayəndəsi Rikardo Pires Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, "Həm şprislər, həm də soyuducular İsrail tərəfindən ikili istifadə üçün nəzərdə tutulmuş mallar hesab olunur və onları gömrük rəsmiləşdirmələri və yoxlamalar vasitəsilə əldə etmək bizim üçün çox çətindir, lakin onlar mütləq vacibdir".
Təşkilat bildirib ki, iki illik müharibə zamanı poliomielit, qızılca və pnevmoniya peyvəndlərini vurdurmayan üç yaşdan kiçik 40.000-dən çox uşaq üçün üç peyvənd mərhələsindən birincisi 9 noyabrda başlayıb. Kampaniyanın ilk günündə təxminən 2400 uşaq peyvənd edilib.
"Peyvənd kampaniyası başlayıb, amma mərhələni tamamlamalıyıq və bunun üçün daha çox peyvənd lazımdır", - deyə Pires bildirib.
O, əlavə edib ki, İsrail həmçinin 938.000 şüşə körpə qidası qarışığının və su tankerləri üçün ehtiyat hissələrinin çatdırılmasını da qarağan edib.
Pires qeyd edib ki, "bu, müxtəlif dərəcəli qidalanma çatışmazlığından əziyyət çəkən uşaqlara çata biləcək təxminən bir milyon şüşədir".
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.