AZ

Ətirə çox pul veririk ki, üstümüzdən kasıblarla eyni iy gəlməsin Qalmaqallı VİDEO

ain.az, Olke.az saytına istinadən bildirir.

Türkiyədə sosial şəbəkə istifadəçilərindən birinin çıxışı cəmiyyətə kəskin etirazla qarşılanıb.

Ölkə.Az xəbər verir ki, sosial şəbəkə istifadəçisi qadın bahalı ətirlərin saxtasını aldığına görə aşağı gəlirli insanlar haqqında xoşagəlməz fikirlər səsləndirib:

“Bu aralar saxta parfüm məsələsinə qıcıq oluram. İstifadə etməyi çox sevdiyim bir neçə parfüm var. Ətrini çox sevirəm, amma niyə bu ətirlərin saxtalarını hazırlayırsınız? Onsuz da biz siz “kasıblarla” eyni iy gəlsin istəmirik deyə, bunlara bu qədər pul veririk. Bir parfümə 25-30 min lirə (1000-1200 AZN ) pul veririk, niyə gedib bunun saxtasını alırsınız? Bunu istifadə etməyimizin səbəbi üstümüzdən sizinlə eyni iyin gəlməməsidir. Ya da “biznes-klass” uçmağımızın səbəbi kasıblarla yan-yana oturmamaqdır. Daha aşağı qiymətə ətirlər var, gedib onlardan alın. Ən azından sizdən öz dəstənizlə eyni iyi gələr. Niyə sırf saxtası var deyə məndən aşağı təbəqədən olan biri ilə eyni iy gəlir?! Həqiqətən nifrət edirəm”, - deyə o söyləyib.

Adı məlum olmayan qadının çıxışı qısa zamanda sosial şəbəkələrdə viral olub. Sosial şəbəkə istifadəçiləri bu çıxışına görə qadını tənqid atəşinə tutublar.

Həmin görüntüləri təqdim edirik:

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
olke.az

3Mənbələr