AZ

“Əli Mirəliyevin ayağının altından da öpərəm”

Müğənni Canan efirdə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi Əli Mirəliyev haqqında dediyi sözlərlə tamaşaçıların və sosial şəbəkə izləyicilərinin diqqətini çəkib.

“Efirlərin birində Əli müəllimin alnından öpmüşəm. O, mənim böyüyümdür, sənətkarımızdır. Lap yaxşı etmişəm, hələ yenə də öpərəm. Deyirlər ki, az qala ayağının altından öpsün – bəli, sənətkarımızın alnından, əlindən, hətta ayağının altından da öpərəm!”.

Müğənni ona yönələn tənqidlərə isə sərt cavab verib:

“Sizin kimi gedib başqasının ərinin alnından, üzündən öpməmişəm ki. Mən sənətkara hörmət etmişəm”.

Cananın bu sözləri efirdə gərginlik yaradıb və qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri onun sənətkar qarşısında göstərdiyi hörməti təqdir edib, digərləri isə ifadə tərzini sərt və ifrat hesab ediblər.

Seçilən
20
4
konkret.az

10Mənbələr