AZ

"Həmin qızılımın indi 50 min dollar qiyməti var"

Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçi illər öncə - 2008-ci ildə aldığı qızıl zinət əşyasının bugünkü dəyəri ilə tamaşaçıları heyrətləndirib.

Veriliş zamanı aparıcı Zaur Nəbi oğlu hesablamalar apararaq həmin qızılın indiki bazar qiymətini açıqlayıb.

"Mənzurə xanım o vaxt həmin qızılı 12 min dollara alıb. İndi isə onun dəyəri təxminən 50 min dollardır", - deyə Zaur Nəbi oğlu bildirib.

Müğənni isə aparıcının sözlərinə təəccüblə reaksiya verib və gülümsəyərək bunları deyib:

"Deməli, o vaxt yaxşı sərmayə qoymuşam. Mənim xəbərim olmadan qızılım dəyər qazanıb".

Sosial şəbəkə istifadəçiləri bu mövzunu yumorla qarşılayıb, bəziləri isə "Mənzurə Musayeva qızılına toxunmasın, qiymət qalxır" kimi şərhlər yazıblar.

Seçilən
13
2
olke.az

3Mənbələr