AZ

Qəzaya uğrayan Türkiyəyə məxsus hərbi təyyarənin göyərtəsində 20 hərbçi olub

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib. 

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Seçilən
34
10
ikisahil.az

10Mənbələr