AZ

ABŞ-də Qələbə Günü münasibətilə informasiya kampaniyası keçirilib

BAKI, TurkicWorld

ABŞ-də Qələbə Günü münasibətilə genişmiqyaslı informasiya kampaniyası təşkil olunub.

TurkicWorld-in məlumatına görə, Vaşinqton, Nyu-York, Atlanta, Detroyt və Boston şəhərlərinin küçələrində LED ekranlı avtomobillər hərəkət edib. Avtomobillərin üzərində "Qürur və cəsarətlə 5 il", "Azərbaycanın qələbəsi ədalətin təntənəsidir", "Qarabağ sülh və ümid diyarıdır", "Qafqazda davamlı sülh naminə" və digər mesajlar nümayiş etdirilib.

Nəqliyyat vasitələri Ağ Ev, Kapitoli binası, BMT-nin qərargahı, Tayms Meydanı, Uol Strit, Bruklin Körpüsü, eləcə də Atlanta və Detroyt şəhərlərinin mərkəzi ərazilərində görünüb.

Seçilən
17
1
turkic.world

2Mənbələr