Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsininGürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar AzərbaycanRespublikasının fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilətelefon danışığı aparıb.
Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Söhbət zamanı baş vermiş faciə ilə bağlı vəziyyət müzakirəolunub. Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığınaəsasən, Azərbaycan FHN-in qüvvələrinin axtarış-xilasetməəməliyyatına dərhal qoşulmağa və müvafiq dəstək tədbirləri görməyətam hazır olduğunu bildirib.
Gürcüstan daxili işlər naziri Gela Geladze təşəkkür edərək qeydedib ki, ehtiyac yarandığı təqdirdə sərhəddə hazır vəziyyətdəgözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlaracəlb edilməsi üçün müraciət olunacaq.
Məlumata görə, iki qurum arasında təmaslar davam edir.