AZ

Bunu həftədə cəmi 2 saat etmək beynin qocalmasını 20%-ə qədər ləngidə bilər

Yeni araşdırmalar göstərir ki, başqalarına könüllü və ya qeyri-rəsmi kömək edən insanlar yaşa bağlı idrak geriləməsini 15-20% az yaşayır.

E-saglam.az xəbər verir ki, 30.000 nəfər üzərində aparılan tədqiqat göstərib ki, həftədə təxminən iki-dörd saatını başqalarına yardım etməyə sərf edənlər ən çox fayda görür.

Mütəxəssislər bildirirlər ki, şəxsən başqalarına kömək etmək idrak sağlamlığını qoruyan sosial və psixoloji mükafatları gücləndirir. Bu, düşünmək, öyrənmək, yadda saxlamaq və qərar qəbul etmək qabiliyyətini dəstəkləyir, həmçinin stress və iltihabı azaldır.

Ostindəki Texas Universitetindən Sae Hwang Han qeyd edir ki, üz-üzə qarşılıqlı əlaqə, məsələn, mətbəxdə kömək etmək və ya uşaqlara kitab oxumaq, beyin sağlamlığı üçün xüsusilə faydalıdır. Virtual və ya uzaqdan yardım da əhəmiyyətli ola bilər, əgər mənalı insan əlaqəsi təmin edirsə.

Tədqiqat göstərir ki, hətta həftədə yalnız iki-dörd saatlıq yardım belə uzunmüddətli idrak sağlamlığı üçün real fərq yaradır. Həkimlər vurğulayır ki, başqalarına kömək etmək yalnız cəmiyyət üçün deyil, beyniniz üçün də faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
28
e-saglam.az

1Mənbələr