AZ

İsveçdə balıq tutmağa gedən kişi təsadüfən orta əsr xəzinəsi tapdı

İsveçin paytaxtı Stokholm yaxınlığında qurd yığan bir kişi təsadüfən qədim mis qazan tapıb. Qazanın içərisindən təxminən 13 funt (6 kq) gümüş – 20 minə yaxın sikkə, üzük, asma və digər bəzək əşyaları çıxıb. Tapıntı barədə Popular Science jurnalı 10 noyabrda məlumat yayıb.

İnzibati Şuranın üzvü Sofiya Anderson bildirib ki, bu, İsveçdə indiyə qədər aşkarlanan erkən orta əsrlərə aid ən böyük gümüş xəzinələrdən biri ola bilər.

Tapılan sikkələrin çoxu Kral Knut Eriksson dövrünə (1172–1195) aiddir. Onun adı — KANATUS — bir çox sikkələrin üzərində latınca oyulub. Eriksson uzun illərdən sonra təbii ölümlə dünyasını dəyişən ilk İsveç kralı idi və onun hakimiyyəti dövründə yazılı mədəniyyətin inkişafı və kral sikkələrinin yenidən zərb olunması baş vermişdi.

Seçilən
45
aznews.az

1Mənbələr