AZ

Gürcüstan rəsmiləri qəza baş verən əraziyə getdilər

Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğradığı ərazidədir.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, naziri Kaxeti bölgəsinə səfərdə birinci müavin Roni Mesxi, Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri müşayiət edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun məlumatına görə, axtarış-xilasetmə qrupları artıq hadisə yerindədir və Türkiyə tərəfi ilə əməkdaşlıq şəraitində istintaq hərəkətləri aparılır.

Hadisə ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Seçilən
61
2
olke.az

10Mənbələr