AZ

Nazir: “FHN qüvvələri axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa hazırdırlar”

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovkik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

“Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb”, – məlumatda deyilir.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Seçilən
25
27
konkret.az

10Mənbələr