AZ

Qanı durulaşdıran gündəlik aspirin əvəzi içki


Su içmək vərdişi ürək-damar xəstəliklərinin qarşısını almağın yolu ola bilər.

“Medicina” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova suyu gündəlik istehlak üçün ideal içki adlandırıb, bu, qan durulaşdırmağa və ürək xəstəliklərindən qorunmağa kömək edir.


"Su ürək xəstəliklərindən qoruya bilər. Düzgün su qəbulu ürək xəstəliklərinin inkişafının qarşısını ala və ya yavaşlada bilər".

Həkimin sözlərinə görə, kifayət qədər su içmək optimal qan durulaşdırmasını təmin edir və bu da qanda, bağırsaqlardatoksinlərin konsentrasiyasını azaldır.


"Bədənin toksinləri xaric etməsinə kömək etmək üçün kifayət qədər su içmək vacibdir."

Endokrinoloq ilıq su (təxminən 40 dərəcə Selsi hərarətdə) içməyi tövsiyə etdi. Mütəxəssis izah etdi ki, bədən bu mayeni daha asan mənimsəyir.

Pavlova əlavə edib ki, ilıq su içmək orofarenksdə patologiyaların inkişafına qarşı müəyyən qoruyucu təsirə malikdir. Ümumiyyətlə, ağız və boğazın selikli qişalarının yaxşı nəmləndirilməsi immun sisteminin infeksiyalara qarşı qoruyucu baryeri gücləndirir.

Səhər yuxudan oyandıqdan sonra bir stəkan ilıq su içmək də faydalıdır.
Eləcə də yaşlı insanlar axşam yatmazdan 1 saat əvvəl ilıq su içsin.


Aygün Musayeva


Seçilən
34
1
medicina.az

2Mənbələr