AZ

Moskvanın ümidinə qalsa, Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı RƏY

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin noyabr ayında Azərbaycan və Gürcüstan ərazisindən yeni açılan dəmir yolu marşrutu ilə ölkəmizdən Ermənistana buğda tədarükü qısa müddətdə təşkil olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, ilk yük bu il noyabrın 6-na keçən gecə gəlib: "Biz xüsusi vurğulayırıq ki, bu tədbir regional kommunikasiyaların blokdan çıxarılması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilən səylər və 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmalar nəticəsində mümkün olub. Adları çəkilən Cənubi Qafqaz respublikaları (Azərbaycan və Ermənistan nəzərdə tutulur - red.) arasında münasibətlərin normallaşdırılmasında iştirak edərkən Rusiya ardıcıl olaraq onların suveren milli maraqlarını rəhbər tutur. Qərbin vasitəçilik səyləri isə hələ zamanın sınağından çıxmayıb”. 

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə "Sherg.az" a açıqlamasında deyib ki, Azərbaycan ilə Ermənistan arasındakı kommunikasiya əlaqələrinin bərpası və tranzit qadağasının aradan qaldırılması heç də Rusiya-Azərbaycan-Ermənistan formatındakı razılaşmalardan asılı olmayıb. Onun sözlərinə görə, bu proses 8 avqustda Vaşinqtonda imzalanmış 3 tərəfli Bəyannaməyə əsasən həyata keçirilir və həm Azərbaycan, həm də Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənir:

"Rusiya yalnız 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra imzalanan Üçtərəfli Bəyannamənin davam etdiyini göstərməklə öz rolunu şişirtməyə çalışır. Əslində isə Moskvanın ümidinə qalsa, Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələri hələ də bloklanmış qalardı. Rusiya uzun illər ərzində regionda prosesləri əsasən bloklama və öz təsir dairəsini geniş göstərmək üçün istifadə edib, amma real sülh və iqtisadi əməkdaşlıq təşəbbüslərində iştirakı minimal olub. 2020-2023-cü illər ərzində aparılan danışıqlar və görüşlər göstərir ki, Cənubi Qafqazda sülh prosesində Rusiya heç vaxt əsas aktor olmayıb. Bu gün də Azərbaycan və Ermənistan regiondakı kommunikasiya və tranzit layihələrini öz təşəbbüsləri ilə həyata keçirirlər, Rusiya isə yalnız özünü önə çıxarmağa çalışır".

Politoloqun qənaətinə görə, Moskvanın rolunu həddindən artıq önə çıxarmaq cəhdləri əslində əsassızdır və bu, Cənubi Qafqazda real siyasi və iqtisadi proseslərin mahiyyətini əks etdirmir. Azərbaycan və Ermənistanın əməkdaşlıq təşəbbüsləri regionda sülh və stabilliyin təmin olunmasında əsas mexanizmlərdir və Rusiya bundan kənarda qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sherg.az

1Mənbələr