AZ

DSX qəza ilə bağlı paylaşım edib

“Türkiyə Respublikasına məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladıq".

XəzərNews.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti bununla bağlı sosial media hesabında paylaşım edib:

"Bu ağır itki ilə bağlı qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ailələrinə səbir diləyirik. Azərbaycan və Türkiyə xalqları bir millət, iki dövlət olaraq hər zaman olduğu kimi bu ağır gündə də bir-birinin yanındadır.

Allah rəhmət eləsin".

Xəbər 4 dəfə oxunub.
Seçilən
22
13
xezernews.az

10Mənbələr