AZ

Gürcüstanın daxili işlər naziri Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı əraziyə gəlib

BAKI, 11 noyabr. TELEQRAF

Gürcüstanın daxili işlər naziri Geka Geladze bu gün səhər saatlarında Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı əraziyə gəlib.

Teleqraf xəbər verir ki, Gürcüstan-Azərbaycan sərhədində yerləşən Sığnagi bələdiyyəsinin ərazisinə gələn Geka Geladze ilkin vəziyyətlə tanış olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaxi bələdiyyəsinin ərazisində qəzaya uğrayıb.

Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, Türkiyənin C-130 təyyarəsi xəbərdarlıq göndərmədən Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra radarlardan itib.

Seçilən
22
teleqraf.com

1Mənbələr