AZ

Samur-Abşeron kanalında balıqlar tələf olurVİDEO

Samur-Abşeron kanalının Sabuçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivindən keçən hissəsində bir neçə gündür ki, balıqlar tələf olur. Xezerxeber.az-ın məlumatına görə,

yaxınlıqda yaşayan sakinlər belə halla ilk dəfədir qarşılaşdıqlarını bildirirlər.

Qeyd edirlər ki, suyun rəngi də dəyişib.

Sakinlər suyun müxtəlif şəxslər tərəfindən çirkləndirildiyini də qeyd etdilər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzindən bildirildi ki, məsələ araşdırılıb, məlumat veriləcək.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən isə "Xəzər Xəbər"ə açıqladılar ki, ərazidən su nümunələri götürülərək mərkəzi laboratoriyaya təqdim edilib. Analizlərin cavabı açıqlandıqdan sonra fakt üzrə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
37
xezerxeber.az

1Mənbələr