AZ

Hövsanda çoxmərtəbəli yaşayış binasının lifti işləmirVİDEO

Bakıda yerləşən 9 mərtəbəli binanın lifti aylardır ki, işləmir.

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi bina 5v-nin sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, liftin sırdan çıxması onlara xeyli müddətdir çətinlik yaradır.

Xüsusilə yaşlı insanlar lift problemi səbəbindən mənzillərindən çıxa bilmirlər ki, qayıtmaq çətin olacaq. Sakinlərin sözlərinə görə, əlaqədar qurumlarla əlaqə saxlayıblar, lakin nəticəsi olmayıb. 

"Lifttəmir" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən binanın 2-ci blokunda liftin elektron hissəsində yaranmış nasazlıq səbəbindən lift bir neçə müddətdir fəaliyyət göstərmir. Ehtiyat hissəsi xarici ölkədən gətirildiyinə görə Bakıya çatdırılması vaxt tələb edir.

Qurumdan o da bildirildi ki, yeni ehtiyat hissəsi artıq Bakıdadır və yaxın günlərdə liftin fəaliyyəti bərpa olunacaq.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
34
1
xezerxeber.az

2Mənbələr