Belarus səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət noyabrın 8-də və 10-da Belarusdan gələn qeyri-qanuni hava şarlarının ölkənin hava məkanını pozmasından gedir.
Litva Xarici İşlər Nazirliyi Belarus səfirliyinin müvəqqəti işlər vəkilinə xatırladıb ki, ölkənin dövlət sərhədinin dəfələrlə pozulması fonunda Belarusla sərhəd uzun müddət bağlı qalacaq.
Oktyabrın sonunda Litva Belarusla sərhədini bir ay müddətinə bağlayıb və bunu ölkənin hava məkanında hava şarlarının olması ilə əsaslandırıb.