AZ

Rəsmi Bakı Pakistandakı terroru pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın İslamabad və Vana şəhərlərində çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərinə görə dərindən kədərləndiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” səhifəsində paylaşım edilib.

 

“Pakistanın İslamabad və Vana şəhərlərində çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Biz bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Pakistanla tam həmrəydir”, - deyə paylaşımda qeyd edilib.

Seçilən
1
4
modern.az

5Mənbələr