AZ

İt-pişik sığallamaq beyinə çox faydalıdır


İtləri sığallamaq beyin üçün son dərəcə faydalıdır.


“Medicina” xəbər verir ki, Bazel Universitetinin tədqiqatçıları dördayaqlılarla maraqlı bir təcrübə apardılar. Məlum oldu ki, onlar sahiblərinin beyinlərini unikal şəkildə aktivləşdirirlər.



Təcrübə zamanı iştirakçılardan ya divanda oturan canlı itləri, ya da canlı itlərə bənzəyən it formasındakı oyuncaq heyvanları sığallamaları istənildi. Tədqiqatçılar eyni zamanda könüllülərin beyinlərini skan edərək bu prosesin onlara necə təsir etdiyini anladılar. Məlum oldu ki, yalnız canlı itləri sığallamaq beynin düşüncə və hisslərimizi idarə frontal korteksin aktivləşməsinə səbəb olur.

Alimlər xüsusilə frontal korteksə maraq göstərirlər, çünki o,yaddaşı, problem həlli və diqqət, eləcə də bir sıra sosial-emosional proseslər daxil olmaqla bir sıra icra funksiyalarında iştirak edir. Heyvanların köməyi ilə aparılan terapiyanın canlılığı və beyni aktivləşdirmək qabiliyyəti barədə əlavə dəlillər əldə edilmişdir.


Pişikləri sığallamaq yüksək qan təzyiqi olan insanlara fayda verə bilər

Beyin reabilitasiyası insult, beyin zədələri və tutma xəstəlikləri keçirmiş insanlar üçün vacibdir. Onlar tədricən həyata qayıtmalı, ünsiyyət qurmaq və reallığı qavramaq qabiliyyətlərini bərpa etməlidirlər.

Artıq sübut edilmişdir ki, bu xəstələrə itləri sığallamağa və onlarla qarşılıqlı əlaqədə olmağa icazə vermək frontal korteks fəaliyyətini artırır.

Aygün Musayeva


Seçilən
48
1
medicina.az

2Mənbələr