AZ

ABŞ bu ölkəyə hücum etsə, iki plan işə düşəcək

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ-ın işğal missiyası həyata keçsə, Venesuelanın iki planı işə düşəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə və daxili sənədlərə istinadən məlumat yayıb.

Birincisi Venesuela hökuməti partizan müharibəsinə başlayacaq, ikincisi isə şəhərlərdə anarxiya vəziyyəti yaradacaq.

Birinci ssenari, “uzunmüddətli müqaviməti”, kiçik mobil bölmələrin döyüş əməliyyatlarını özündə ehtiva edir. Burada köhnəlmiş Rusiya silahlarından istifadə nəzərdə tutur. İkinci ssenari isə “anarxizasiya”nı, yəni təhlükəsizlik qüvvələri və silahlı rejim tərəfdarlarından istifadə edərək Karakasda küçə xaosu yaratmağı nəzərdə titir.

Agentlik qeyd edir ki, Venesuela ordusu zəifləyib. Təlim keçmiş personalın çatışmazlığı, ayda təxminən 100 dollarlıq aşağı maaşlar və köhnəlmiş silahlar onu ABŞ ilə klassik münaqişədə hədəfə çevirir. Buna görə də, hökumət alternativ ssenarilər ətrafında düşünməyə məcbur qalıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr