AZ

Hakan Fidan: "Axtarış-xilasetmə işlərini yaxından izləyirik"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsində həlak olan şəxsi heyət üçün başsağlığı verib. Ajans.az xəbər verir ki, bu barədə XİN başçısı özünün "X" hesabında məlumat verib. H.Fidan axtarış-xilasetmə işlərinin Gürcüstan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaxından izlənildiyini bildirib. "Azərbaycandan qayıdarkən qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı Gürcüstan hökuməti ilə birlikdə axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Əziz millətimə başsağlığı verirəm", - H.Fidan yazıb.

Seçilən
23
Ajans.az

1Mənbələr