AZ

Rusiyanın Ankaradakı səfirliyi təyyarə qəzası ilə bağlı başsağlığı verib

Rusiyanın Ankaradakı səfirliyi Azərbaycandan Türkiyəyə gedərkən Gürcüstanda qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Moderator.az xəbər verir ki, bununla bağlı açıqlamanı səfirlik "X" sosial media platformasında paylaşıb.

"Gürcüstanda baş verən təyyarə qəzasında türk əsgərlərinin şəhid olması xəbərini eşitdikdə böyük kədər hissi keçirdik. Onların ailələrinə və dost türk xalqına başsağlığı verir, şəhidlərə isə Allahdan rəhmət diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl təyyarənin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan sərhədi yaxınlığında qəzaya uğradığını və təyyarədə 20 nəfərin olduğunu açıqlamışdı.

 

Seçilən
16
moderator.az

1Mənbələr