AZ

Məhkəmələrində “Pembe” şahidlik etdi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Aktor və aparıcı Jess Molho ilə rejissor həyat yoldaşı Zeynep Molhonun boşanma prosesində aktrisa Melek Baykal və keçmiş model Deniz Akkaya şahid qismində dinlənilib. 

“Qafqazinfo” xəbər verir ki, “Sihirli Annem” və “Çocuklar Duymasın” kimi seriallarla tanınan Jess Molho ilə 24 illik həyat yoldaşı Zeynep Molhonun qarşılıqlı olaraq açdıqları boşanma işi üzrə məhkəmə prosesi davam edib. 

İstanbul Ailə Məhkəməsində keçirilən iclasa Jess Molho və Zeynep Molho ilə yanaşı, onların vəkilləri də qatılıb.

Mətbuata qapalı şəkildə keçirilən proses təxminən iki saat yarım davam edib. 

Jess Molhonun şahid siyahısında yer alan aktrisa Melek Baykal (“Cennet mahellesi” “Pembe”) və keçmiş model Deniz Akkaya məhkəmədə ifadə veriblər. 

İclasın sonunda məhkəmə prosesi gələcək tarixə təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr