Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Yasamal r. İnşaatçılar pr. 38-42 və A.A. Bakıxanov ünvanlarında növbəti vətəndaş qəbulu keçirib.
aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.
Azər Kərimli bildirib ki, "Noyabr ayının ilk vətəndaş qəbulu Yasamal r. İnşaatçılar pr. 38-42 və A.A. Bakıxanov ünvanlarında keçirildi.
Qəbul zamanı Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə görüş keçirildi. Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olundu. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alındı."