AZ

İradədən qızına: “15 il əvvəl gəldin, bizi ailə etdin” - FOTO

Müğənni İradə İbrahimova qızı İpəklə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, ailə fotolarını paylaşan İradə qızının ad günü olduğunu bildirib:

“İpəkin bu gün 15 yaşı tamam oldu. İpək 15, Ali 10, mən 45 yaşındayam. Səhv başa düşülməsin — yaşım ilə heç bir problemim yoxdur.

Əksinə, yaşımı və yaşımın gətirdiyi ağlı çox sevirəm. Hər il uşaqlarımla birlikdə öz yaşımı da qeyd edirəm, çünki ən çox onları böyüdərkən böyüyür insan. 15 il əvvəl bu gün gəldin və bizi ailə etdin. Bütün analar kimi tək diləyim — sağlamlıqla, sevinclə gül, qızım”.










Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr