BAKI, 11 noyabr. TELEQRAF
Rusiya Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamura və daha 29 Yaponiya vətəndaşının ölkəyə girişinə həmişəlik qadağa qoyub.
Teleqraf xəbər verir ki, bu addımTokionun Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalara cavab olaraq atılıb.
"Qara siyahı"ya yapon jurnalistləri, universitet professorları və digər şəxslər daxildir.
Sentyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiya Tokionun Moskvaya qarşı sanksiyalarına məhəl qoymayacaq və adekvat cavab tədbirləri, o cümlədən asimmetrik tədbirlər görəcək.