Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tanınmış bloger Oksana Samoylova reper Ciqan ilə bağladıqları nikah müqaviləsinin təfərrüatlarını bölüşüb.
Axşam.az xəbər verir ki, o, rus mediasına müsahibədə boşanma zamanı ferma və evin ona veriləcəyini bildirib.
Qeyd edək ki, Oksana Samoylova və Ciqanın boşanması barədə məlumat 9 oktyabrda yayılmışdı. Bir həftə sonra, 16 oktyabrda bloger ilk dəfə ictimai şəkildə reperlə ayrıldığını təsdiqləmişdi. Məşhur cütlüyün boşanması ilə bağlı ilk məhkəmə iclası 28 oktyabrda keçirilib.
Məhkəmədən sonra Oksananın vəkili bildirib ki, tərəflər müvafiq vəsatətlər təqdim ediblər və hazırda nə övladlar, nə də əmlakla bağlı mübahisə yoxdur. Bununla yanaşı, Ciqan barışıq üçün üç ay vaxt istəyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.