Musavat.com xəbər verir ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.
Məlumata görə, alovlar xüsusilə Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin hələ 1990-cı illərdə nəzarətə götürdüyü sərhəd xətti boyunca baş verir.
Yanğının səbəbləri hələlik məlum deyil, lakin bölgədə küləyin güclü olması alovun sürətlə yayılmasına şərait yaradır.
Musavat.com