AZ

Atəşkəs var, işıq yoxdur...

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

İsrail və HƏMAS arasında ötən ay əldə olunan atəşkəsə baxmayaraq, Qəzza zolağında elektrik enerjisi tamamilə kəsilib. Ərazidə minlərlə ailə artıq iki ildən çoxdur işıqsız yaşayır.

Modern.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

İsrail 2023-cü ilin oktyabrında bölgəyə “tam mühasirə” tətbiq etdikdən sonra Qəzzanın yeganə elektrik stansiyası da yanacaq çatışmazlığından dayanıb.

İndi sakinlər günəş panelləri və kiçik generatorlardan istifadə etməyə çalışırlar. Lakin infrastruktura dəyən ziyan çox böyükdür. Qəzza Elektrik Şirkətinin məlumatına görə, şəbəkələrin 80%-dən çoxu dağılıb, zərərin ilkin dəyəri təxminən 728 milyon dollardır.

İsrail tərəfi humanitar yardım çərçivəsində elektrik üçün yanacaq tədarükünə razı olduğunu bildirir, lakin Qəzzada enerjinin bərpası üçün tammiqyaslı yenidənqurma tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
modern.az

10Mənbələr