Rusiyada 15 yaşlı yeniyetmə anasının avtomobilini oğurlayaraq 12 yaşlı qızla gəzintiyə çıxıb.
Musavat.com RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiyanın Krasnodar diyarında 15 yaşlı yeniyetmə anasına məxsus yolsuzluq avtomobilini (SUV) icazəsiz götürərək 12 yaşlı qız dostunu gəzintiyə aparıb.
Məlumata görə, yol patrul xidmətinin əməkdaşları avtomobili fərq edərək sürücüyə dayanmaq əmri veriblər. Lakin yeniyetmə polisə tabe olmayaraq qaçmağa cəhd göstərib.
Daha sonra polis əməkdaşları avtomobili saxlamağa nail olublar. Hər iki yeniyetmə polis şöbəsinə aparılıb, 15 yaşlı sürücü barəsində protokol tərtib olunub. Sənəd atanın iştirakı ilə rəsmiləşdirilib.
Musavat.com